Azərbaycanda koronavirus infeksiyasına 51 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823,469 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 49 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9953 nəfərə çatıb.
Virusa yoluxmuş 813,201 min nəfər (sutka ərzində +47) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 315 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 935 (ötən gün 1 957 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 329,356 min test aparılıb.**
B.Rüstəmbəyov