2022-ci ilin yekunları üzrə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi $6 milyardı ötəcək. Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bəyan edib.
“2021-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə təxminən 10% artaraq $5 milyard təşkil edib. 2022-ci ilin 10 ayı ərzində bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 31% - $5,2 milyarda çatıb. İnşallah, 2022-ci ilin yekunları üzrə qarşılıqlı ticarət dpvriyyəmiz $6 milyardı ötəcək”, - Oktay Bakıda bildirib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, o, həmçinin qeyd edib ki, Bakıda Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Əli Əsədov və nazirlərlə görüşüb. Görüşlərdə Bakı ilə Ankara arasında hərtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
“Biz həmçinin Hökumətlərarası Komissiyanın 10-cu iclasını keçirdik. İclasda əməkdaşlığın bütün sahələri – enerjidən nəqliyyata qədər, rabitədən rəqəmsallaşmaya qədər müzakirə etdik. 2017-ci ildən başlayaraq ölkələrimiz arasında qarşılıqlı ticarət həcminin sürətli artımı iki ölkə prezidentlərinin qarşlıqlı ticarət həcminin $15 milyarda çatdırılması ilə əlaqədar qarşıya qoyduqlara hədəfə doğru irəlilədiyimizdən xəbər verir”, - Oktay deyib. **
N.Abbasova