Azərbaycan XİN başçısı Ceyhiun Bayramov məlumat verib ki, Brüsseldə Azərbaycan-Ermənistan-Aİ yüksək səviyyəli sammitinin keçiriləcəyi tarix hələlik müəyyən olunmayıb.
“Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Aİ Şurasının prezidenti arasında Brüsseldə keçirilən sön görüş zamanı (31 avqust - İF) növbəti sammitin noyabrda keçiriləcəyinə adir razılıq əldə olunub. Lakin nəzərə almaq lazımdır ki, bundan sonra Praqada (6 oktyabr - İF) planlaşdırılmamış görüş keçirilib, bu görüşdə Fransa prezidenti də iştirak edib. Bu səbəbdən növbəti üçtərəfli görüşün dəqiq tarixi hələlik yoxdur”, - Bayramov şənbə günü jurnalistlərə bildirib. **
X.Nəsirzadə