Azərbaycan XİN başçısı Ceyhun Bayramov bəyan edib ki, iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə ikitərəfli münasibətlərin müzakirəsi və yaranan problemlərin həlli məqsədilə intensiv dialoq aparır.
“Azərbaycanın xarici siyasəti, xüsusilə qonşu ölkələrlə çox açıq, proqnozlaşdırılan və ardıcıldır. Bizim prioritetimiz bütün qonşu ölkələrlə yaxşı qonşuluq münasibətləridir. Bu kontekstdə biz, o cümlədən Iranla münasibətlərdə ardıcıl addımlar atırıq”, - Bayramov şənbə günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, Bakı və Tehran bir sıra birgə layihələri uğurla reallaşdırıblar.
“Bununla yanaşı, Azərbaycan İranın media məkanında səslənən xoşagəlməz açıqlamaları diqqətlə izləyir, onlar bizi narahat edir. Qeyd etmək istərdim ki, biz İran Xarici İşlər Nazirliyi və bu məsələlərə çox həssas yanaşan həmkarımla fəal dialoq aparırıq, o cümlədən öz səlahiyyətləri çərçivəsində hər zaman Azərbaycan-İran münasibətlərinə zərər verən xoşagəlməz halların aradan qaldırılması üçün addımlar atır”, - Bayramov bildirib.
XİN başçısı əlavə edib: “Qeyd etmək istərdim ki, (...) hər şeyi pozmaq daha asandır, nəinki bərpa etmək. Mən əminəm ki, hər iki tərəf Azərbaycan-İran münasibətlərinin qorunması və inkişafı üçün zəruri addımlar atacaq”. **
X.Nəsirzadə