Azərbaycanda koronavirus infeksiyasına 37 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823 min 533-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 27 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı təxminən 37% artıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 9957 nəfərə çatıb.
Virusa yoluxmuş 813 min 289 nəfər (sutka ərzində +35) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 287 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 825 (ötən gün 1 min 961 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 333 min 142 test aparılıb.**
R.Kərimov