Noyabrın 7-də Vaşinqtonda Azərbaycan, Ermənistan xarici işlər nazirləri və ABŞ dövlət katibi arasında üçtərəfli görüş keçiriləcək.
“Amerika tərəfinin təşəbbüsü ilə noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında üçtərəfli görüş keçiriləcək”, - deyə Ermənistan XİN-in mətbuat xidmətindən bildirilib.
Noyabrın 5-də C.Bayramov bildirmişdi ki, Mirzoyan və Blinkenlə görüşdə Bakı və İrəvan arasında sülh müqaviləsini müzakirə etməyi planlaşdırır.*