Azərbaycanda koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823 min 539-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 37 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 2 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 9 min 957 nəfər təşkil edir.
Virusa yoluxmuş 813 min 302 nəfər (sutka ərzində +13) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 280 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 598 (ötən gün 1 min 825 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 333 min 740 test aparılıb.*
N.Abbasova