Azərbaycan prezidenti İlham Əliyev İrəvanı Bakı ilə sülh müqaviləsi ilə əlaqədar danışıqlarda vaxt uzatmamağa çağırıb
“Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq”, - Əliyev çərşənbə axşamı Zəfər Günü münasibətilə hərbçilər qarşısında çıxışında bildirib.
Əliyev əlavə edib ki, Azərbaycan “sülh istəyir, biz müharibə istəmir”. “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu (sülh müqaviləsi - İF) , imzalanacaq, göstərməsə, imzalanmayacaq . Ondan sonra nə olacaq, onu həyat göstərər”, - Azərbaycan prezidenti deyib. **
R.Əhmədov