Ermənistan hökuməti Rusiya prezidenti Vladimir Putinin noyabrın 22-də İrəvana səfərini gözləyir.
“Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət başçılarının noyabrın 23-də keçiriləcək sammitinə hazırlıqla bağlı məsələləri müzakirə ediblər”, - deyə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.
Bundan başqa, Paşinyan və Putin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin oktyabrın 31-də Soçidə keçirilən görüşündən sonra baş verən hadisələr, o cümlədən bir sıra humanitar məsələlərə dair razılaşmaların yerinə yetirilməsi prosesi haqqında fikir mübadiləsi aparıblar.*