Qazaxıstan neft marşrutlarının şaxələndirilməsi işini aparır, 2023-cü ildən Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutu ilə 1,5 milyon ton neftin 6-6,5 milyon tona qədər nəqlin artırılması barədə razılıq var. Bu barədə Qazaxıstanın baş naziri Əlixan Smailov məlumat verib.
“Xüsusilə, Bakı-Tbilisi-Ceyhan vasitəsilə indi gələn ilin yanvarın 1-dən 1,5 milyon ton neft bu istiqamətdə yükləmək üçün razılaşma var və bundan sonra onun 6-6,5 milyon tona qədər artırılması üzərinə iş aparılır”, - Smailov jurnalistlərə deyib.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, baş nazir əlavə edib ki, ixracın şaxələndirilməsi üzrə xüsusi “yol xəritəsi” hazırlanıb.
“Xüsusilə, bu istiqamət Aktau limanı vasitəsilə Bakı limanına və oradan Bakı-Tbilisi-Ceyhan istiqamətində neft boru kəməridir. Həmçinin, Bakı-Supsa, bu, Gürcüstan və limanda terminalımızın olduğu Bakı-Batumidir. Bu istiqamətlər, üstəlik, Atıraudan Batumi və Özbəkistana dəmir yolu ilə istiqamət var. Eləcə də, ÇXR-in istiqaməti var. Bütün bu istiqamətlər üzrə hazırda neft ixracının genişləndirilməsi və aneft ixracı potensialının artırılması istiqamətində işlər aparılır”, - hökumət başçısı əlavə edib. **
İnformasiya şöbəsi