Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla diaqlou şərh edərək bildirib ki, İrəvan Ankara və Bakı ilə münasibətləri normallaşdırmaq üçün kifayət qədər addım atmır.
“Bakı barəsində İrəvanın addımları bizim addımlarımıza da müsbət təsir göstərəcək”, - Türkiyə lideri Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderlərinin IX Zirvə Görüşündə iştirak məqsədilə Səmərqəndə yol düşməzdən öncə brifinqdə deyib.
Onun sözlərinə görə, Türkiyə Ermənistandan regionda müsbət addımlar gözləyir.
“İstər Fransada və ya ABŞ-da olsun, erməni diasporu dialoqa (Türkiyə və Ermənistan arasında) qarşı çıxış edir, bu da prosesə mənfi təsir göstərir. Hazırda Ankara və Bakı ilə münasibətlərin nornallaşması prosesində İrəvanın kifayət qədər addımlarını görmürük”, - “Anadolu” agentliyi Ərdoğanın sözlərindən sitat gətirir. **
R.Əhmədov