2022-ci ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 10 milyard 465 milyon 954,267 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 19,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
5 milyard 617 milyon 291,945 min manat (azalma 14,5%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 1 milyard 539 milyon 842,934 min manat (azalma 31,2%) olub. İlkin bazarda 1 milyard 46 milyon 552,067 min manatlıq, təkrar bazarda 493 milyon 290,867 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 4 milyard 77 milyon 449,012 min manat (azalma 6%) təşkil edib. İlkin bazarda 3 milyard 966 milyon 744,953 min manatlıq, təkrar bazarda 110 milyon 704,059 min manatlıq not yerləşdirilib.
10 ay ərzində BFB-nin ümumi dövriyyəsində 993 milyon 302,863 min manat (artım 2,4 dəfə) korporativ bazarın, o cümlədən 505 milyon 103,262 min manat ilkin bazarın, 488 milyon 199,601 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 653 milyon 310,805 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 333 milyon 728,446 min manat, səhmlərin yerləşdirilmə həcmi 24 milyon 263,612 min manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 3 milyard 885 milyon 359,459 min manat (azalma 1,6 dəfə) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, avqustun sonuna birjanın kapitallaşması 4 milyard 191 milyon 455,075 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəlinə olan göstəricidən 4% azdır.**
X.Nəsirzadə