Azərbaycan prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün cümə axşamı Özbəkistana səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səmərqənd Beynəlxalq Hava Limanında İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.
Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü noyabrın 11-də baş tutacaq. **
B.Rüstəmbəyov