Azərbaycan Müdafiə Nazirliyi İrəvanın sərhəddə Ermənistanın mövqelərinə atəş açılması barədə iddialarını təkzib edib.
“Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən (sərhəddə - İF) guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır”, - Müdafiə Nazirliyindən məlumat verilib.
“Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb”, - MN-dən qeyd edilib. **
X.Nəsirzadə