2022-ci ilin 10 ayı ərzində Azərbaycanda 11,515 min kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,9%-i elektron qaydada, 28,1%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2,441 mininin (ümumi qeydiyyatın 18,8%-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib.
Yanvar-oktyabr ayları ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,5%-i yerli investisiyalı, 23,5%-i xarici investisiyalı qurumlardır.
2022-ci il noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 397,137 min vergi ödəyicisinin 87,5%-i fiziki şəxslər, 12,5%-i hüquqi şəxslər və digər təşkilatlar olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,5%, o cümlədən fiziki şəxslərin sayı 6,1%, hüquqi şəxslərin sayı isə 9,4% artıb.
2022-ci il noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,6%-i məhdud məsuliyyətli cəmiyyət, 1,4%-i səhmdar cəmiyyət, 1,3%-i kooperativ və s. formalarda yaradılıb.
2022-ci ilin 10 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6%, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 19,5% artıb.**
B.Rüstəmbəyov