Azərbaycanda koronavirus infeksiyasına 8 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823 min 502-нə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 7 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 957 nəfər təşkil edir.
Virusa yoluxmuş 813 min 454 nəfər (sutka ərzində +49) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 181 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 402 (ötən gün 1 min 740 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 339 min 257 test aparılıb.**
X.Nəsirzadə