Cümı axşamı Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Görüş Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində baş tutub. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
“Görüşdə iki ölkə arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı”, - məlumatda qeyd olunur.
Həmçinin, Əliyev və Ərdoğan bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə ediblərdi, Soçi görüşünün (oktyabrın 31-də Rusiya-Azərbaycan-Ermənistan sammitinin - İF) nəticələri barədə fikir mübadiləsi aparıblar. **
R.Əhmədov