“Azərsu” ASC Şabran, Gədəbəy və Şəmkir rayonlarının bir sıra kəndlərinin içməli su təminatının yaxşılaşdırılması işlərinə 9,1 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, “Protean Construction” MMC ilə 9 milyon 119 min 846,54 manat dəyərində müqavilə bağlanıb.
İşlər “Regionlarda kənd yaşayış məntəqələrində su təchizatı sisteminin tikintisi” layihəsi çərçivəsində həyata keçiriləcək.*
N.Abbasova