2022-ci ilin oktyabr ayında Azərbaycanda inflyasiya sentyabr ayında qeydə alınmış 3,1% səviyyəsində inflyasiyaya qarşı 1,6% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Oktyabrda respublikada inflyasiya 1,6% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,2%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,9% bahalaşıb”, - deyə məlumatda bildirilir.
2021-ci ilin oktyabr ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə inflyasiya 15,6% təşkil edib. Cari ilin oktyabr ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 21% bahalaşıb.
Statistik məlumatlara görə, oktyabrda ət və ət məhsulları 2,8%, çörək və çörək məmulatları 1,8%, spirtli içkilər 0,3%, süd məhsulları 1,1%, mineral sular, sərinləşdirici içkilər və şirələr 1%, kərə və bitki yağları 0,8%, yumurta 2,7%, tərəvəz 5,8%, balıq və balıq məhsulları 2,4%, tütün məmulatları 0,1%, çay və kakao 6% bahalaşıb.
Hesabat ayında meyvə 1% ucuzlaşıb.
2022-ci il oktyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 13,7% (2022-ci ilin sentyabr ayının sonuna 13,4%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 19,4%, qeyri-ərzaq malları üzrə 7,9%, xidmətlər üzrə 10,4% səviyyəsində olub.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 12,5% səviyyəsində proqnozlaşdırır.*
N.Abbasova