“Taqras” neft servis holdinqi Hindistanda mövcudluğunu genişləndirmək niyyətindədir və eyni zamanda, yaxın xarici ölkələrə çıxmağı da nəzərdən keçirir. Bunu “İnterfaks”a açıqlamasında holdinqin rəhbəri Lenar Nazipov deyib.
Onun sözlərinə görə, “Taqras” digər bazarları, ilk növbədə, yaxın xarici ölkələrin bazarlarını da öyrənir.
“Hələ ki, Türkmənistan və Özbəkistanda fəaliyyət perspektivlərini nəzərdən keçiririk. Yaxın vaxtlarda Tatarıstan Respublikasının nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etməyi planlaşdırırıq”, - deyə Nazipov qeyd edib.*