Azərbaycanda koronavirus infeksiyasına 44 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823,636 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 8 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9959 nəfər təşkil edir.
Virusa yoluxmuş 813,504 min nəfər (sutka ərzində +50) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 173 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2,005 min (ötən gün 1,402 min test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 341,262 min test aparılıb.*
X.Nəsirzadə