Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın əvvəlində Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü müsbət qiymətləndirir.
“Görüşdən (Ərdoğanla - İF) müsbət təəssürat aldım. Həm telefon danışıqlarımızı, həm də görüşümüzü müsbət qiymətləndirirəm”, - deyə o, Ermənistan İctimai Televiziyasının efirində bildirib.
Ankaranın Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasını İrəvanla Bakı arasında münasibətlərin normallaşması ilə əlaqələndirməsi sualına Paşinyan belə cavab verib: “Kim dedi ki, Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik? Biz də Azərbaycanla münasibətləri nizamlamaq istəyirik. Mən Ərdoğana Ermənistanın bir sıra məsələlərdə Türkiyənin mövqeyini necə görməsi və qəbul etməsi ilə bağlı bəzi nüansları təqdim etdim”.*