Noyabrın 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın ölkəmizdəki hərbi attaşesi polkovnik Kayl Metyu Koun ilə görüşüb.
“Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.*
R.Kərimov