Prezident İlham Əliyev noyabrın 12-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Himayəçilik Şurasının tərkibini təsdiq edib.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Sənədə əsasən, Himayəçilik Şurasının tərkibinə maliyyə, iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, Mərkəzi Bank sədrinin müavini və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri daxildir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.*
R.Kərimov