Azərbaycanda koronavirus infeksiyasına 52 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823 min 688-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 44 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı təxminən 18,2% artıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 961 nəfər təşkil edir.
Virusa yoluxmuş 813 min 528 nəfər (sutka ərzində +24) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 199 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 745 (ötən gün 2 min 5 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 343 min 7 test aparılıb.*
R.Kərimov