Prezident İlham Əliyev İstanbulda baş verən partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
“İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə Azərbaycan liderinin saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
Xəbər verildiyi kimi, noyabrın 13-də İstanbulun Beyoğlu rayonunda, Taksim meydanı yaxınlığında partlayış baş verib.
Son məlumatlara görə, İstiqlal prospektində partlayış zamanı 6 nəfər ölüb, 53 nəfər yaralanıb.*
R.Kərimov