“Azəralüminium” MMC-nin bişirilmiş anod blokların Çin Xalq Respublikasının Qujing şəhərindən dəmir yolu vasitəsilə Gəncə stansiyasına konteynerlərlə daşınmasıüzrə tenderinin qalibi “ADY Konteyner” MMColub. Bu barədə “İnterfaks-Azərbaycan”a “Azəralüminium”dan məlumat verilib.
İmzalanmış müqaviləyə əsasən, “ADY Konteyner” 3264 ton bişirilmiş anod bloklarını konteynerlərlə daşıyacaq.
Müqavilənin dəyəri – 2 milyon 902,79 min manatdır.
“Azəralüminium” MMC boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külçə və rulon şəklində) məhsullarının istehsalı ilə məşğul olan əlvan metallurgiya müəssisələrini özündə birləşdirir. İllik istehsal gücü 50 min tondur. Müəssisənin məhsullarının98%-i Türkiyə, Rusiya, Avropa İttifaqı ölkələri və ABŞ-a ixrac edilir.**
B.Rüstəmbəyov