"Azərişıq" ASC 0,4 kV elektrik xətlərində sabit və dəyişən gərginliyi ölçən 1 fazlı elektron cihazların satın alınması məqsədilə podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçirilir. Tənderdə iştirak haqqı – 800 manatdır.
Şirkətlərdən tender təklifləri 9 dekabr saat 16:30-dək qəbul olunur.
Tender proseduru 12 dekabr saat 16:30-da baş tutacaq.
Əlaqələndirici şəxs: Emil Əliyev
Əlaqə telefonu (şəhər): (012) 440-39-93 (daxili 29-18)
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
B.Rüstəmbəyov