“Unibank” ASC 6 dekabr 2022-ci il tarixində səhmdarların növbədənkənar ümumi yığıncağını çağırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
“Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur: bankın Nizamnaməsinə, strukturunda və idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilməsi, o cümlədən səhmlərin bir hissəsinin geri alınması (buyback)”, - bankdan qeyd ediblər.
Yığıncaq onlayn formatda keçiriləcək.
“Unibank” 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Səhmdarları 9 fiziki və 1 hüquqi şəxsdir.Bankın əsas səhmdarı Eldar Qəribovur (kapitaldakı payı 86,6960%). “Canley Finance S.A”-nın (Lüksemburq) payı 7,3096%-dir. Kapitalda daha səhmdarların payı 5%-dən çox deyil. **
X.Nəsirzadə