Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bazar ertəsi Gürcüstana rəsmi səfər çərçivəsində baş nazir İrakli Qaribaşvili ilə görüşüb.
“Görüşdə ümumilikdə dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi vurğulanıb”, - Müdafiə Nazirliyindən vurğulanır.
Həsənov və Qaribaşvili regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildiriblər. **
X.Nəsirzadə