"Azərişıq” ASC Şəmkir rayonu İrmaşlı kəndi ərazisində enerji xəttlərinin yenidən qurulması ilə əlaqədar işlərə təxminən 4 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az satınalmalar portalına istinadən məlumat verir ki, «Smart Energy Services» MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilədə 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri – 3 milyon 948,301 min manatdır. **
B.Rüstəmbəyov