“Capital Partners İnvestisiya Şirkəti” QSC Bakı Fond Birjasının (BFB) üzvü olub. Bu barədə “İnterfaks-Azərbaycan”a BFB-dən məlumat verilib.
“Capital Partners İnvestisiya Şirkəti” QSC-nin müraciətinə əsasən Bakı Fond Birjası 11 noyabr 2022-ci il tarixindən qeyd olunan investisiya şirkətini üzvlüyünə qəbul edib”, - BFB-dən qeyd ediblər.
Beləliklə, Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinin sayı 11-ə çatıb. **
X.Nəsirzadə