2022-ci ilin yanvar-oktyabr aylarında Sahibkarlığın İnkişafı Fondu (SİF) 105,6 milyon manat ümumi məbləğdə güzəştli kredit verib, bu da 2021-ci ilin 10 ayının göstəricisindən 44,3% çoxdur.
“İnterfaks-Azərbaycan”a Fonddan məlumat verilib ki, 10 ay ərzində 2 195 layihə maliyyələşdirilib (artım 66,7%).
Verilmiş kreditlər hesabına 2 320 yeni iş yeri yaradılacaq.
2021-ci ildə sahibkarlara 130,6 milyon manat güzəştli kredit verilib.
2022-ci ildə SİF sahibkarlara 140 milyon manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.**
R.Əhmədov