17-18 noyabr tarixlərində Bakıda 11-ci Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək.
“İnterfaks-Azərbaycan”a məlumatlı mənbə bildirib ki, forum çərçivəsində investisiya qarşılıqlı fəaliyyəti, nəqliyyat infrastrukturu, sahibkarlıq fəaliyyəti, kənd təsərrüfatı əməkdaşlığı, həmçinin humanitar əlaqələrin dərinləşməsi məsələləri müzakirə olunacaq.
Forumun rəsmi açılış mərasimində Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədov və Mixail Mişustin iştirak edəcəklər.
Plenar iclasda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun çıxışları planlaşdırılır. **
A.Əzizov
.