“AzerGold” QSC dağ-mədən sənayesi üçün sianid (NaCN) maddəsinin satın alınmasına 6 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi “AzerGold”a istinadən xəbər verir ki, “Rustavi Azot” SC ilə 6 milyon 60 min manat dəyərində müvafiq müqavilə bağlanıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət “Çovdar”, “Ağyoxuş”, “Tülallar”, “Mərəh” qızıl yataqları, “Filizçay” polimetal filiz yatağı, “Mazımçay” yatağı, “Kürəkçay”, “Göydağ” sahələri, “Dağkəsəmən” qızıl sahəsi və “Daşkəsən” dəmir filizi yataqları qrupunun öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə bağlı işləri yerinə yetirir.*
R.Kərimov