2022-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 13 milyard 998 milyon 858,7 min manat vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 90,1% artıb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu dövrdə ödənilən vergi və rüsumların 50,3%-i qeyri-neft-qaz sektorunun, 49,7%-i isə neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 38 milyon 211,5 min manat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8% çoxdur.
2022-ci ildə DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 11 milyard 740 milyon manat məbləğində nəzərdə tutulub.*
R.Əhmədov