İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2022-ci ilin yanvar-oktyabr aylarında icbari sosial fondlara ayırmalar üzrə yığımları artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DVX-dən məlumat verilib.
2022-ci ilin 10 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,7 milyard manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4% artıb.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,6% artaraq 128,4 milyon manat olub.
Yanvar-oktyabr aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 39,4% artıb və 662 milyon manat təşkil edib.*
B.Rüstəmbəyov