Bakı və Tirana sıx əməkdaşlıq üçün böyük imkanlara malikdir. Bunu Prezident İlham Əliyev deyib.
“Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz Sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar vardır”, - deyə Prezident İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasının Prezidenti Bayram Beqayla mətbuata bəyanatla çıxışı zamanı deyib.
“Siyasi dialoqa gəldikdə, Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında baş nazir Edi Rama da bizim qonağımız idi. Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda, imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin”, - deyə İ.Əliyev qeyd edib.
O əlavə edib ki, Bakı ərazi bütövlüyü məsələsində Tirananın dəstəyini çox yüksək qiymətləndirir.
Bundan başqa, Əliyev Beqayı Azərbaycana rəsmi səfərə dəvət edib.*
X.Nəsirzadə