Azərbaycanda koronavirus infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823,761 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 8 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9965 nəfər təşkil edir.
Virusa yoluxmuş 813,612 min nəfər (sutka ərzində +39) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 184 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2,448 min (ötən gün 752 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 347,597 min test aparılıb.*
B.Rüstəmbəyov