Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, çərşənbə axşamı da Ermənistan silahlı qüvvələrinin bölmələri sərhəddə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
“Noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”, - nazirliyin məlumatında deyilir.
Bundan başqa, əlavə olunub ki, Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən mövqeləri də noyabrın 16-sı saat 00:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi (Qarabağ region – İF-Az) Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub.
Qeyd olunub ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən “adekvat cavab tədbirləri görülüb”. **
R.Kərimov