Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 16-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 16-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7586 manat/1EUR səviyyəsində (noyabrın 15-nə 1.7545 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 16-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0276 manat/1RUB səviyyəsində (noyabrın 15-nə 0.0279 manat/1RUB) müəyyən edib.
Noyabrın 16-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0914 manat/1TRY səviyyəsində saxlayıb.**
B.Rüstəmbəyov