2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerji istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 3,8% - 23 milyard 748,6 milyon kVt/s-dək artıb.
Bu barədə energetika naziri Pərviz Şahbazov Twitter hesabında məlumat verib.
Energetika nazirinin sözlərinə əsasən, hesabat dövrü ərzində alternativ enerji mınbələri hesabına elektrik enerji istehsalı 1 milyard 755,2 milyon kVt/s (artım 357,9 milyon kVt/s), xüsusi çəki – ümumi istehsal həcmində 7% təşkil edib.
Xüsusilə, su elektrik stansiyalarında 1 milyard 463,4 milyon kVt/s, külək elektrik stansiyalarında – 73,4 milyon kVt/s, günəş elektrik stansiyalarında – 55 milyon kVt/s, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Xəbər verildiyi kimi, Energetika Nazirliyinin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalı 28,5 milyard kVt/s təşkil edəcək.
2021-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalının həcmi 27,8 milyard kVt/s təşkil edib. **
R.Kərimov