Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir MirkişiliAzərbaycanda büdcə ilinin başlanğıcını yanvarın 1-dən aprelin 1-nə keçirməyi təklif edib.
“Biz büdcə ilini dəyişdirməyi təklif edirik. Hazırda bu tarix yanvarın 1-də başlayır. Biz onu aprelin 1-də başlamağı və martin 31-də başa çatdırmağı təklif edirik”, - Mirkişili çərşənbə günü parlamentdə 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, büdcə ilinin dəyişdirilməsi bir sıra sahələrin maliyyələşdirilməsi ilə baölı problemləri həll etyməyə imkan verəcək, çünki büdcə xərclərin pik həddi dördüncü rübün payına düşür.
Mirkişili 2023-cü ilin makroiqtisadi mühitinə toxunaraq qeyd edib ki, gələn ilin dövlət büdcəsində bir barel neftin orta qiyməti $50 hesablanıb.
“Gələn il üçün ÜDM-in artımı 2,7%, inflyasiya – 6,9% səviyyısində proqnozlaşdırılır”, - o əlavə edib. **
B.Rüstəmbəyov