Albaniyanın baş naziri Edi Rama Azərbaycan prezidenti İlham Əliyevlə görüşü Bakı ilə Tirana arasında enerji sahəsində əməkdaşlığın inkişafı üçün səmərəli hesab edir.
“Bu gün (15 noyabr – İF-Az) bizim danışığımız baş tutdu, hər zamankı kimi, çox mehriban, həm də energetika sahəsində birgə layihələr üçün həqiqətən səmərəli”, - Rama Facebook hesabında yazıb.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Albaniyanın baş nazirinin sözlərinə görə, tərəflər Azərbaycandan sərmayələrin cəlb edilməsi ilə Albaniyanın qazlaşdırılması, TAP boru kəmərinin genişləndirilməsi və “ultramüasir zavodun” tikintisi məsələlərinı müzakirə edibər. **
R.Kərimov