2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu təxminən $23 milyard təşkil edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir ki, Cababbrov çərşənbə günü parlamentdə 2023-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirə zamanı bildirib ki, xarici ticarətdə prpfisit neft-qaz məhsullarının ixracı hesabına təmin olunub.
Cabbarov əlavə edib ki, 2022-ci ilin 10 ayı ərzində Azərbaycan qeyri-neft ixracı 16% artırıb.
Öncə İqtisadi İslahatlar və Kommunikasiyaların Təhlili Mərkzi məlumat verib ki, 2022-ci ilin yanvar-oktaybr aylarında Azərbaycanın ixracı $34,7 milyon təşkil edib.
2021-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $10 milyard 500 milyon 884,43 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3,5 dəfə çoxdur.**
B.Rüstəmbəyov