2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 3 milyard 823,4 milyon manat və ya ÜDM-in 3,44%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 27 milyard 29,5 milyon manat (2021-ci ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə artım 33,6%), xərcləri 23 milyard 206,1 milyon manat (artım 15%) təşkil edib.
10 ay ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 111 milyard 28,2 milyon manat təşkil edib.
2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat, xərcləri 32 milyard 303,8 milyon manat məbləğində təsdiqlənib. Dövlət büdcəsinin kəsiri 3 milyard 106 milyon manat və ya ÜDM-in 2,7%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Əzizov