2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 81,8% artaraq 2 milyard 101,2 milyon kVt·st olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
Oktyabr ayında elektrik enerjisinin ixracı 295,4 milyon kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 135,4% artıb.
2022-ci ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinin idxalı 115,7 milyon kVt·st olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4% azdır.
Oktyabr ayında elektrik enerjisinin idxalı 10,8 milyon kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artıb.
2021-ci ildə Azərbaycanda elektrik enerjisinin ixracı 1 milyard 673,4 milyon kVt·st (2020-ci illə müqayisədə artım 45,4%), idxalı isə 151,6 milyon kVt·st (+ 11,1%) təşkil edib.**
R.Kərimov