2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1,634 min ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 13,9% azalıb.
Yanvarda 102, fevralda 3, martda 334, apreldə 271, mayda 229, iyunda 118, iyulda 153, avqustda 179, sentyabrda 121, oktyabrda 124 ədəd avtomobil istehsal edilib.
1 noyabr 2022-ci il tarixinə anbarlarda 117 ədəd minik avtomobili var.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 532 ədəd traktor istehsal edilib ki, bu da 2021-ci ilin 10 ayı ilə müqayisədə 8,4% azdır.
2022-ci il noyabrın 1-nə anbarlarda 117 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2021-ci ildə Azərbaycanda 2 min 43 ədəd avtomobil (2020-ci illə müqayisədə artım 4,8%) və 651 ədəd traktor (artım 2,2 dəfə) istehsal olunub.**
B.Rüstəmbəyov