2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 6% - 3 milyard 294,1 milyon manata qədər (cari məzənnə ilə təxminən $1,937 milyard) azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 1 milyon 37 min ton avtomobil benzini (artım 0,7%), 464,1 min ton təyyarə yanacağı (artım 15%), 76,2 min ton soba mazutu (artım 2,2 dəfə), 308,1 min ton neft bitumu (artım 22%) istehsal olunub.
Bu dövrdə 242,3 min ton birbaşa qovulan benzin - nafta (azalma 29,2%), 1 milyon 673,3 min ton dizel yanacağı (azalma 18,9%), 32,4 min ton sürtkü yağları (azalma 33,1%), 165,5 min ton neft koksu (azalma 24,7%) istehsal edilib.
2022-ci ilin yanvar-oktyabr aylarında neft məhsullarının istehsalında azalma aprelin 4-dən mayın 27-dək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan planlı təmir işləri ilə əlaqədar olub.
2022-ci il noyabrın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 40,7 min ton avtomobil benzini, 2,6 min ton nafta, 25,2 min ton təyyarə yanacağı, 106,2 min ton dizel yanacağı, 9,3 min ton soba mazutu, 4,1 min ton sürtkü yağı, 18 min ton neft bitumu, 46,6 min ton neft koksu var.**
B.Rüstəmbəyov