2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 176 milyon 701,3 min ton yük daşınıb ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 12,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 78% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, yanvar-oktyabr aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% artıb.
Hesabat dövründə dəmir yolu ilə 15 milyon 311,1 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 24,8% çoxdur.
Dəniz nəqliyyatı ilə 6 milyon 316,7 min ton (artım 40,9%), avtomobil nəqliyyatı ilə 100 milyon 903,8 min ton (artım 11,9%), hava nəqliyyatı ilə 347,8 min ton (azalma 15,3%) müxtəlif yük daşınıb. Yanvar-oktyabr aylarında daxili neft kəmərləri vasitəsilə 43 milyon 831,7 min ton neft (artım 11,7%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov